Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27,514.7 mln. manat olub.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 53.5% (14,709.9 mln. manat); aylıq müqayisədə 0.5% azalma
ıı) istehlak kreditləri – 31.1% (8,551.7 mln. manat) və aylıq müqayisədə 1.3% artım
ııı) ipoteka kreditləri – 15.4% (4,253.1 mln. manat). aylıq müqayisədə 0.2% artım
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil edib.