2023-cü ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33.05% artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Beləliklə, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347.3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462.1 manat təşkil edib.