İyun ayında Azərbaycanda bir ATM-ə (bankomat) düşən əməliyyatların orta aylıq həcmi təxminən 970 min manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
İyunda bir bankomata düşən əməliyyatın sayı 4086, əməliyyatın orta ayıq həcmi isə 237.4 manat təşkil edib. Ötən illə müqayisədə bu il bir bankomata düşən əməliyyatların orta aylıq sayı artıb və həcmi azalıb.
Bildirək ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.8%, POS-terminalların sayı 15.5% artıb.