İpoteka Fondu xətti ilə mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib.
Bir ay əvvəlsə bu göstərici 730 milyon 608 min manat (17 min 993 kredit) idi.
Turan-ın xəbərinə görə, apreldə cəmi 94,02 min manatlıq 2 ipoteka krediti verilib.
Martda isə cəmi 3 kredit verilmişdi. Ötən ilin martında isə 15 milyon 464,67 min manat məbləğində 359 kredit ayrılmışdı. Göstəricilərdəki kəskin dəyişmə İpoteka Fondunun tərəfdaş banklarla maliyyə problemləri yaşaması kimi izah edilir.
2015-ci ildə 97 milyon 273 min manatlıq 2 min 146, inişil isə 99 milyon 927 min manat məbləğində 2 min 275 ipoteka krediti ayrılmışdı.
Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında yaradılıb. İpotekaların verilməsinə 2006-cı ilin martında başlanıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri 50 min manatadək, illik 8 faizə qədər verilir. Sosial ipotekanın maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil.
2016-cı ildə ölkə başçısı əlavə 200 milyon manat ipoteka krediti verilməsi haqqında sərəncam verib.