Ötən ay ABŞ Prezidenti Donald Trampın əlavə rüsumların tətbiqi ilə bağlı fərmanları və Çinin “DeepSeek” süni intellektini bazara çıxarmasından sonra ABŞ şirkətlərinin bu sahədəki üstünlüyünün pozulacağına dair narahatlıqlar ön plana çıxıb.
Ötən ay müşahidə edilən bazar dalğalanmalarına rəğmən dünyanın ən dəyərli şirkəti mövqeyində “Apple” qərarlaşıb.
“Apple”dan sonra bazar dəyərinə görə “Microsoft”, “Nvidia”, “Alphabet” (Google), “Amazon”, “Saudi Aramco”, “Meta Platforms”, “Tesla”, “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) və “Broadcom” siyahıda yer alıb. Beləliklə, dünyanın ən böyük 10 şirkətinin 8-i ABŞ, 1-i Tayvan və 1-i isə Səudiyyə Ərəbistanından olan şirkətlərdir.
Yanvar ayının sonuna “Apple” şirkəti “Microsoft” və “Nvidia”nı qabaqlayaraq 3,548 trilyon dollarla dünyanın ən dəyərli şirkəti olub. “Microsoft” və “Nvidia” şirkətlərinin dəyəri isə müvafiq olaraq 3 trilyon 85 milyard dollar və 2 trilyon 940 milyard dollar olaraq qeydə alınıb.
Bu siyahını 2 trilyon 504 milyard dollarla “Alphabet” (Google), 2 trilyon 499 milyard dollarla “Amazon”, 1 trilyon 794 milyard dollarla “Saudi Aramco”, 1 trilyon 746 milyard dollarla “Meta Platforms”, 1 trilyon 301 milyard dollarla “Tesla”, 1 trilyon 85 milyard dollarla TSMC və 1 trilyon 37 milyard dollarla “Broadcom” şirkəti tamamlayır.
Qeyd olunub ki, keçən ay “Meta Platforms” dünyanın 10 ən dəyərli şirkəti arasında səhm bazarlarındakı üstünlüyünə görə birinci sırada təyin olunub.
Ötən ay feysbuk, instaqram və vatsap sosial media platformalarının sahibi olan “Meta” şirkətinin baş direktoru Mark Zukerberq süni intellekt infrastrukturuna 60-65 milyard dollar xərcləməyi planlaşdırdıqlarını açıqlamışdı. Bu açıqlama şirkətin səhm bazarlarındakı mövqeyini gücləndirib. Belə ki, “Meta Platforms”un səhmlərinin qiyməti 2024-cü ilin dekabr ayının sonundan etibarən 17,71 faiz artaraq 689,18 dollara çatıb.
“Meta”nın səhmlərindən sonra bu siyahını aylıq 8,34 faiz artımla ABŞ-ın e-ticarət nəhəngi “Amazon”, 7,96 faiz artımla “Alphabet” (Google), 5,99 faiz artımla TSMC və 0,19 faiz artımla “Tesla” tamamlayıb.