Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xəttilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22.4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23.9 faiz artıb. Proqnoz 116.7 faiz səviyyəsində icra olunub.
2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4.5 milyon manat artıb.