2 C
Baku
Saturday, December 14, 2024

Ötən ay ölkədə 4 727 vergi ödəyicisində qanun pozulması aşkarlanıb

2014-cü ilin iyul ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4727 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdir.

Banker.az saytı Nazirliyə istinadən xəbər verir ki,  695 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 215 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  656 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edimişdir.

Operativ nəzarət tədbirləri zamanı  nöqsana yol vermiş 31  vergi ödəyicisi tərəfindən 45 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 250  vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  32  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 322 ədəd mal olduğu aşkarlanmışdır.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülmüşdür.

 

Son xəbərlər
Digər xəbərlər