13 C
Baku
Saturday, November 23, 2024

Ötən ay qida məhsullarının istehsalı 19%-dən çox artıb

Bu ilin yanvar ayında qida məhsullarının istehsalının həcmi artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, Komitənin təqdim etdiyi hesabata görə 2022- ci ilin yanvar ayında 521.9 mln. manatlıq qida məhsulu istehsal olunub. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 19.1% artım deməkdir.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayı üzrə qida istehsalı 3% artmışdı.

Son xəbərlər
Digər xəbərlər