Ötən ay Azərbaycanda könüllü sığorta üzrə 100 038.5 min manat sığorta haqqları yığılıb, sığorta ödənişləri isə cəmi 9 429.3 min manat təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə sığorta haqqları 18.8% artıb, sığorta ödənişləri isə 74.6% azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən istinadən xəbər verir.
AMB-nin məlumatına əsasən, cari ilin yanvar ayında könüllü həyat sığortası üzrə 25 163.2 min manat sığorta haqqları yığılıb. Ötən ay ərzində könüllü həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi isə 4 849.6 min manat olub.
Qeyd edək ki, ötən ilin yanvar ayında könüllü həyat sığortası üzrə sığorta haqqlarının həcmi 17 043.9 min manat, sığorta ödənişlərinin həcmi isə 28 353.5 min manat olmuşdu.
Müqayisə aparsaq görürük ki, bu ilin yanvarında sığorta haqqları 47.6% artıb, sığorta ödənişləri isə 82.9% azalıb.