2015-ci ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 10,963, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 737, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 83 sığorta müqaviləsi bağlanmışdır.
Banker.az İSB-na istinadən məlumat verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,529,378 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 56,790 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 49,072 manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56% azalma,həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında da 9% azalma müşahidə edilmişdir. Qeyd edək ki, otən ilin aprel ayı ilə müqayisədə sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında heç bir dəyişiklik olmamışdır.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 70,25%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 29,37%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.