18 C
Baku
Monday, September 16, 2024

Ötən ay üzrə 1 654 266 manat sığorta ödənişi həyata keçirilib

2015-ci ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,416 sığorta tələbi üzrə 1,654,266 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Banker.az İSB-a istinadən məlumat verir ki, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

^5F40BAC849BF176124A2A68F996326B7AEA5EC706F1D84424D^pimgpsh_fullsize_distr

Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37,000 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.

Ümumilikdə 2015-ci ilin 1-ci rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4,905 sığorta tələbi üzrə 5,708,343 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər