12 C
Baku
Monday, November 25, 2024

Ötən ay verilən ipoteka kreditlərinin həcmi açıqlandı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) tərəfindən tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi may ayı üzrə 5.3 mln. manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da son 5 ay ərzində ən yüksək rəqəmdir.

Bildirək ki, 2020-ci ilin aprel ayında dövlət büdcəsindən 57.8 mln. manat vəsait ayrılıb.

İKZF tərəfindən təqdim edilən bu kreditlərin həcmi cari ilin yanvar ayında 3.5 mln. manat, fevralda 1.1 mln. manat, martda 2.7 mln. manat və apreldə isə tamamən dayanmışdı.

May ayında bankların öz vəsaitləri hesabına təqdim edilən ipoteka kreditlərinin həcmin 8.6 mln. manat təşkil edib. Bu  yanvarda 6.1 mln. manat, fevralda 20.4 mln. manat, martda 28 mln. manat, apreldə 11.5 mln. manat təşkil edirdi.

Verilmiş kreditlər ortalama 23 ili əhatə etməklə, orta illik faiz dərəcəsi 6.42% təşkil edib.

4357890

Son xəbərlər
Digər xəbərlər