May ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, may ayı üzrə 229 müraciətçinin 185-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 44 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 74, Türkiyə Respublikasından 55, Ukraynadan 54, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, Gürcüstandan 6, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 27, iqtisadiyyat üzrə 14, tibb üzrə 14, menecment üzrə 10, maliyyə üzrə 9 nəfər müraciətçi qeydə alınıb.