Dövlət Sosial Müdafiə Fondu oktyabr ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayını açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, oktyabr ayında 130 min 978 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb. Onların 101 min 839 nəfəri yaşa, 14 min 839 nəfəri əlilliyə, 14 min 300 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.