Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 917.5 milyon manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1.9 %, ilin əvvəlinə nisbətən isə 2.7 % çoxdur.
Problemli kreditlər son 1 ildə isə 29.3 % azalıb.
1 mart tarixinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6.3% (2020-də 8.3% idi) təşkil edib.