8 C
Baku
Sunday, November 17, 2024

Ötən il əmlakla bağlı elektron xidmətlərdən istifadə sayı 2 mln-dan çox olub

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2.085.482 elektron xidmət göstərilib. 2020-ci illə müqayisədə  elektron xidmətlərdən istifadə sayı 189.075 və ya 9.1 % çox olub.

Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2021-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 1.491.517 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 1.354.792-dir.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Ötən ildə bu imkandan yararlanların sayı 567.124 olub.

Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21.866 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət “Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi”dir.

Son xəbərlər
Digər xəbərlər