10 C
Baku
Saturday, November 23, 2024

Ötən il 1095 dövlət əmlakı özəlləşdirilib

2022-ci ildə 1095 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 115,4 milyon manat vəsaitin mədaxil olunması təmin edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu rəqəm 2021-ci illə müqayisədə 2,4 faiz və ya 2,7 milyon manat çoxdur.

“Həmçinin ötən il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqələrinə çıxarılaraq özəlləşdirilib. Müsabiqələrin qalibi olan investorlar tərəfindən təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-dən çox iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur “,- deyə M.Eynullayev qeyd edib.

Son xəbərlər
Digər xəbərlər