2021-ci ilin ilk 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 7 ayı ilə müqayisədə 2021-ci ilin ilk 7 ayında dəyər ifadəsilə 23.1%, miqdar ifadəsilə 22.5% azalıb.
2020-ci ilin ilk 7 ayında Azərbaycandan 166 milyon 546 min dollar dəyərində 153 min 529 ton pomidor ixrac edilmişdi.