11 C
Baku
Monday, November 25, 2024

Ötən il 190 milyon manata yaxın ƏDV geri qaytarılıb

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361.5 milyon manatdan çox, ötən il isə 190.0 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 36.9%-dən çoxdur.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64.3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77.5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15%-dən 17.5%-ə qədər artırılıb.

 

Son xəbərlər
Digər xəbərlər