2023-cü ildə 3.487 ədəd müxtəlif nominallı saxta əsginas aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında məlumat verlib.
Verilən məlumata görə, bundan başqa istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.