2021-ci ilin dekabr ayında Azərbaycanda 5 yeni bank filialı açılıb. İlin əvvəlindən etibarən isə bank filiallarının sayında azalma olub. Belə ki, ilin əvvəlində 509 bank filialı var idisə, ilin sonunda bu say 479 olub (-30).
Banker.az bu haqda Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə həmçinin bank şöbələrinin sayında da azalma olub. İlin əvvəlində bank şöbələrinin sayı 133 idi, ilin sonuna isə bu göstərici 97-yə düşüb (-36).
AMB-nin hesabatına əsasən, bankların ATM-lərinin sayı ötən il ərzində 260 ədəd artıb. Təkcə dekabr ayı ərzində 25 yeni ATM istifadəyə verilib.