6 C
Baku
Monday, January 27, 2025

Ötən il 33,4 mln. manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub.

Bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsini təmin edib.

Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər