36 C
Baku
Saturday, July 6, 2024

Ötən il 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilib

Keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq kredit almaq imkanı verir və fermerlər arasında əməkdaşlıq əlaqələrini gücləndirir.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər