10 C
Baku
Thursday, December 12, 2024

Ötən il Aİ-də yeni avtomobillərin satışı son 30 ilin ən aşağı səviyyəsinə enib

2022-ci ildə ehtiyat hissələrinin tədarükü ilə bağlı problemlər səbəbindən Avropa İttifaqında yeni minik avtomobillərinin satışı son 30 ilin ən aşağı səviyyəsinə düşüb.

Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının bəyanatında deyilir.

“2022-ci ildə ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Avropa İttifaqının avtomobil bazarında satışlar 4.6 faiz azalaraq 9.3 milyon ədəd təşkil edib. Bu, 9.2 milyon avtomobilin satıldığı 1993-cü ildən bəri ən aşağı göstəricidir”, – deyə bəyanatda bildirilir. 2021-ci illə Avropada 444 min avtomobil satılmışdı.

Satışların azalması ən çox Danimarka (20 faiz), Litva (18.8 faiz) və Finlandiya (17 faiz) bazarlarında müşahidə olunub. İl ərzində ittifaqın ən böyük avtomobil kompaniyalarında mənfi dinamika davam edib. İtaliyada yeni qeydiyyata alınan avtomobillərin sayı 2021-ci illə müqayisədə 9.7 faiz, Fransada 7.8 faiz, İspaniyada isə 5.4 faiz azalıb. Yalnız Almaniyada satışların həcmində artım qeydə alınıb – 1.1 faiz.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər