Keçən il Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndan çıxarış alınmaqla 1.7 min planlı, 1.2 min plandankənar olmaqla, ümumilikdə 2.9 min yoxlama aparılıb.
Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, yoxlama və digər nəzarət tədbirləri çərçivəsində 4.1 min iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib.
Qərarlardan 63-ü şərti, 4 mini isə inzibati qaydada olmaqla, ümumilikdə 2.7 mln. manat məbləğində cərimə tətbiq edilib.