6 C
Baku
Sunday, December 15, 2024

Ötən il Azərbaycan gömrük orqanları tərəfindən 34 100 hüquqpozma faktı aşkar edilib

2023-cü il Azərbaycanın tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacaq.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün keçirilən komitənin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında bildirib.

Komitə sədrinin birinci müavini Bəhruz Quliyev qeyd edib ki, DGK ötən ildə qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, çevik və şəffaf idarəetmə sisteminin tətbiqi, habelə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirib: “2023-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 337 milyon 538 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 609 milyon 538 min manat və ya 10,6 %, 2022-ci illə müqayisədə isə 682 milyon 936 min manat və ya 12,1 % çoxdur”.

Onun sözlərinə görə, ötən il ərzində 34 100 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bu faktlardan 1 681-i cinayət xarakterli faktlar, 1 224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub. Hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Bu narkotiklərin 91 %-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər