2021-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün 24125 müraciət olub. Onlardan 20756-sı Azərbaycan vətəndaşı sayılıb, 3925 nəfər isə Azərbaycan vətəndaşı sayılmayıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 1558 şəxsin isə mənsubiyyətini müəyyən etmək mümkün olmayıb.