-3 C
Baku
Sunday, December 15, 2024

Ötən il Azərbaycanda cəmi 2 ədəd stolüstü kompüter istehsal edilib

Azərbaycanda 2020-ci il üzrə stolüstü kompüter istehsalı cəmi 2 ədəd olub. Bunu Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinad edir.

2019-cu il üzrə həcmə nəzər yetirdikdə isə 118 ədəd olduğu görünür.

Hesabat ili ərzində ölkədə cəmi 995 ədəd monitor istehsal edilmişdir. Bu öncəki ildə 7 902 ədəd idi.

Məlumatların saxlanması üçün vahidlərin istehsal sayı 2020-ci ildə 10 864 ədəd olub, bu öncəki ildə 9 222 ədəd idi.

Son xəbərlər
Digər xəbərlər