17 C
Baku
Wednesday, May 21, 2025

Ötən il Azərbaycanda kartlardan oğurlanan məbləğ açıqlandı

2024-cü ildə vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib.

Bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən “Kiber suverenlik” konfransında deyib.

O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır.

DİN tərəfindən gündəlik olaraq aparılan profilaktik maarifləndirmə işi göstərir ki, əvvəlki illərdən fərqli olaraq vətəndaşın kiber savadlılığının artırılması fayda verir. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir.

“Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır. Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir”, – deyə Hikmət Məmmədov əlavə edib.

MənbəUnikal
Son xəbərlər
Digər xəbərlər