9 C
Baku
Thursday, December 12, 2024

Ötən il Azərbaycanda Pos terminalların sayı 2 dəfə artıb

Azərbaycanda ATM və Pos terminalların sayı artmaqda davam edir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dekabr tarixində bankomatların sayı 2 586 ədədə çatıb. 2014-cü ilin əvvəlindən isə ölkədə, 169 ədəd bankomat quraşdırılıb.

Bankomatların 1 460 ədədi Bakı şəhərində, 1 126 ədədi isə Regionlarda quraşdırılıb.

Həmçinin ölkədə Pos terminalların sayı 68 676 ədəd təşkil edib. 2014-cü ilin əvvəli ilə müqayisədə isə Pos terminalların sayı 35 631 ədəd artıb ki, bu da təxminən 2 dəfə artım deməkdir.

Pos terminalların çox hissəsi isə Bakı şəhərində quraşdırılıb. Belə ki, Pos terminalların 47 250 ədədi Bakı şəhərində, 21 426 ədədi isə Regionlarda quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər