2024-cü ildə Azərbaycanda təbii qazın istehlakı 13 milyard 666 milyon 353 min 138 kubmetr təşkil edib.
Bu barədə SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabatında bildirilib.
Bildirilib ki, bu da daha əvvəlki 2023-cü ilin göstəricisi ilə müqayisədə 226 milyon 652 min 169 kubmetr və ya 1,7% çoxdur.
Xatırladaq ki, 2023-ci ildə isə ölkədə ümumilikdə 13 milyard 439 milyon 700 min 969 kubmetr təbii qaz istehlak olunub.