12 C
Baku
Wednesday, December 11, 2024

Ötən il Azərbaycandan Qırğız Respublikasına qoyulan sərmayələrin miqdarı açıqlanıb

Azərbaycandan 2019-cu ildə Qırğız Respublikasına qoyulan birbaşa sərmayələrin həcmi 778,1 min ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 21,6 faiz çoxdur.

Bu ölkədən Azərbaycana qoyulan sərmayələrin həcmi isə 121,5 min ABŞ dolları olub.

Qırğız Respublikasında qeydiyyatdan keçən birgə müəssisələrin sayı 114 olub. Bunlar daha çox tikintidə, ticarətdə, gündəlik istehlak malları istehsalı sahəsində fəaliyyət göstərir. Hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 31,4 faiz artaraq 6,1 milyon ABŞ dollarına çatıb.

Ötən ildə Qırğız Respublikasından Azərbaycana ixracın həcmi 4 milyon ABŞ dolları (2018-ci ildə 1,9 milyon), idxalın həcmi 2,2 milyon ABŞ dolları (2018-ci ildə 2,8 milyon) olub.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər