22 C
Baku
Tuesday, April 23, 2024

Ötən il Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 8 dəfə artıb

2022-ci il ərzində Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 8.3 dəfə artaraq $702.5 milyona çatıb. Bu barədə Vyetnam mətbuatı yazır.

“Ötən il ikitərəfli ticarət $702.5 milyona çatıb, bu da 2021-ci ilin göstəricisindən 8.3 dəfə çoxdur”, – mətbuat fevralın 7-də Vyetnamın səfiri Danq Min Xoy ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüşü işıqlandırakən qeyd edir.

Görüş zamanı Danq Min Xoy xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat və logistika, həmçinin neft və qazın kəşfiyyatı və hasilatı sahəsində ikitərəfli əlaqələrin günişlənməsinə yönələn bir sıra tədbirlər təklif edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər