11 C
Baku
Wednesday, December 11, 2024

Ötən il azərbaycanlılar 37 milyarddan çox pul qazanıblar

Əhalinin ümumi sayı 9,5 milyon nəfərə yaxınlaşır.

Azərbaycanın Dövlət Statistika Komitəsi ötən il üçün əhali üzrə makroiqtisadi göstəriciləri açıqlayıb.

2013-cü ildə ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,6% çoxalaraq 419,0 manat təşkil edib.

İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 645,7 manat, tikinti kompleksində 616,8 manat, nəqliyyatda 532,2 manat, informasiya və rabitə sahəsində 671,3 manat təşkil edib.

Əhalinin gəlirləri 2012-ci illə müqayisədə 8% artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6% artaraq 4039,6 manata çatıb. Gəlirlərin 64,3%-i son istehlaka, 8,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

Qeyd edək ki, 2014-cü ilin əvvəlində ölkə əhalisinin sayı 9477,1 min nəfər təşkil edərək 2013-cü ilin əvvəlinə nisbətən 120,6 min nəfər və yaxud 1,3% artıb.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər