Ötən il ərzində Bakıda işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi əvvəlki ilə nisbətən 0,3% artaraq 788,1 manat olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
©Ona.az