31 dekabr 2020-ci il tarixinə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin işçilərinin sayı 361 nəfər təşkil edib.
Bu barədə Banker.az banka istinadən xəbər verir.
2019-cu ildə isə bankın işçilərinin sayı 315 nəfər olub ki, bu da illik müqayisədə ötən il 46 nəfərin artması deməkdir.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın Azərbaycan Respublikasında 4 filialı var.