Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub.
Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, 2022-ci ildə banklar 216 milyon manat mənfəət vergisi ödəyib: “Bu isə 2021-ci illə müqayisədə 60% çoxdur. Eyni zamanda, bank sektorunun aktivlərinin qeyri-neft sektoru üzrə ÜDM-də payı 70%-ə yaxındır”.
Y. Abdulov qeyd edib ki, bank sektorunun inkişafı iqtisadiyyatın da inkişafının göstəricisidir.