Ötən ilin dekabrında bankların özü tərəfindən verilən ipoteka kreditlərinin həcmi 28.8 milyon, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə 25.4 milyon manat olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin dekabrı üzrə açıqladığı statistik rəqəmlərə istinad edir.
2020-ci il ərzində banklar tərəfindən 257.5 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da 2019-cu illə müqayisədə 48,2% artımdır.
Ötən il ümumiyyətlə Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditlərinin həcmi 2019-cu illə müqayisədə 36.4% artaraq güzəştli ipoteka kreditlərinin illər üzrə ən yüksək göstəricisi olub.
Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsindən İKZF-ə 161 milyon manat subsidiya ayrılıb, bu rəqəm 2019-cu ildə cəmi 80 milyon manat idi.