10 C
Baku
Thursday, December 12, 2024

Ötən il bankların öhdəlikləri 5 mlrd. manatdan çox artıb

2021-ci ildə Azərbaycanda bankların cəmi öhdəlikləri 33 mlrd. 492.9 mln. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin əvvəlindən etibarən öhdəliklərin həcmi 5 mlrd. 353.1 mln. manat və ya 19% artıb.

Qeyd edək ki, bankların öhdəliklərinin 80.4%-ini depozitlər (maliyyə institutları istisna olmaqla) təşkil edib. Belə ki, hesabat dövründə 8 mlrd. 880.9 mln. manat fiziki şəxslərin depozitləri, 15 mlrd. 862.7 mln. manat hüquqi şəxslərin depozitləri təşkil edib.

ohdelikler

Son xəbərlər
Digər xəbərlər