Ötən il boru operatorları təbii qazın nəqlindən 2.8 mlrd. manat, neftdən 1 mlrd. manat gəlir əldə ediblər

2025-ci ildə Azərbaycanda boru xətlərindəki nəql etmədən əldə olunan gəlir isə 1 mlrd. 1.6 mln. manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 5.3% azdır.

Banker.az bunu Dövlət Statistika Komitəsindən əldə edib.

Bununla belə, təbii qaz nəqlindən əldə olunan gəlir 2.79 mlrd. manat olub və illik 3.2% artım göstərib. Qaz kəmərlərində itkilər isə 46.1 mln. kub-metr təşkil edib və 2.5% azalıb.

Neft kəmərləri ilə 36.31 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 6.3% azdır. 2024-cü ildə bu göstərici 38.75 mln. ton olmuşdu.

Ən böyük həcm Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb. Bu marşrutla daşınmalar bir il əvvəlki 29.47 mln. tondan 27.18 mln. tona enib ki, bu da 7.8% azalma deməkdir.

Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka xətti ilə daşınmalar 2.73 mln. ton təşkil edib və illik müqayisədə 0.8% azalıb. Dübəndi xətti üzrə daşınmalar isə 4.14 mln. ton olub ki, bu da əvvəlki illə müqayisədə 7.2% azdır.

Bununla yanaşı, Abşeron xətti üzrə yük daşınması 8% artaraq 718 min tona, Qaradağ xətti üzrə isə 9.7% artaraq 1.54 mln. tona çatıb.

Neft kəmərlərində itkilər 5.1 min ton olub və əvvəlki illə müqayisədə 13.3% artıb.

2025-ci ildə Azərbaycanda qaz kəmərləri ilə 40.27 mlrd. kub-metr qaz nəql edilib ki, bu da illik müqayisədə 0.2% azdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər