7 C
Baku
Wednesday, March 11, 2026

Ötən il Çin Tacikistan iqtisadiyyatına 152 milyon dolar sərmayə yatırıb

Çin 2007-ci ildən bu yana Tacikistan iqtisadiyyatına 3 milyard 15 milyon ABŞ doları həcmində sərmayə yatırıb. Ötən il isə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu sərmayə 152 milyon dollar həcmində olub.

Bu haqda Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ümumiyyətlə, 2020-ci ildə müxtəlif dövlətlər və maliyyə institutları tərəfindən ölkə iqtisadiyyatına 428,4 milyon dollar sərmayə yatırılıb.

Qeyd edilib ki, 2007-2020-ci illərdə dünyanın 65 dövləti və maliyyə institutları ölkə iqtisadiyyatına 10,3 milyard həcmində sərmayə qoyub, bunun da 30 faizi Çinin payına düşür. 2007-ci ildən bu yana Çindən sonra Tacikistan iqtisadiyyatına daha çox Rusiya (1,6 milyard dollar), ABŞ (703 milyon dollar), Böyük Britaniya (694 milyon dollar) və Qazaxıstan (577 milyon dollar) sərmayə qoyub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər