22 C
Baku
Wednesday, October 9, 2024

Ötən il dəmir yolu nəqliyyatı ilə sərnişin daşınmaları 45% azalıb

2020-ci ildə dəmir yolu nəqliyyatı ilə 14.6 milyon ton yük, 2124.6 min sərnişin daşınıb.

Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə yük daşınmasında 3.9 faiz, sərnişin daşınmasında isə 44.8 faiz azalma
müşahidə olunub.

Orta hesabla sutkada 307 vaqon yüklənmiş, 385 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14.1 min ton, Qərb istiqaməti üzrə 3.3 min ton, Cənub istiqaməti üzrə isə 0.8 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər
Digər xəbərlər