2017-ci ildə dövlət büdcəsinə daxilolmaların 22,9 faizi əlavə dəyər vergisi (ƏDV), 14,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,8 faizi aksizlər, 10,8 faizi vergilərin digər növləri, 41,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.
Dövlət Statistika Komitəsindən Banker.az-a bildirilib ki, büdcə vəsaitlərinin 26,1 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,4 faizi ümumi dövlət xidmətləri, 14,6 faizi sosial müdafiə və sosial təminat, 13,4 faizi təhsil və səhiyyə sahələrinin, 30,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Ötən il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 98,6 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 1,3 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşüb.