2022-ci ildə dünyada ərzaq qiymətləri 2021-ci illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb.
Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında deyilir.
Ərzaq qiymətləri 2022-ci ildə dəhşətli dərəcədə bahalaşıb, yanvar-may ayları arasında 19% artıb. May ayından dekabra qədər 15% ucuzlaşma baş verib.
Ərzaq məhsullarının qiymətləri 2021-ci illə illik müqayisədə 18%, o cümlədən taxılın qiymətləri 21% artıb.
“Gübrələrin dəyəri il ərzində daha da artıb – 63%. Ərzaq məhsullarının qiymətlərinin yüksək olması kənd təsərrüfatı istehsalının artımını stimullaşdırmalıdır. Bu da öz növbəsində ərzaq məhsullarının əlçatanlığını artırmalı və qiymətlərin aşağı düşməsinə səbəb olmalıdır.
Digər tərəfdən, əkin sahələrinin azalması və gübrələrin yüksək qiyməti məhsuldarlığın aşağı düşməsinə və qiymətlərin bahalaşmasına səbəb ola bilər”.