23 C
Baku
Friday, April 26, 2024

Ötən il fındıq ixracı Azərbaycana 100 milyon dollardan çox valyuta gətirib

2022-ci ildə Azərbaycandan 110 milyon 643 min dollar dəyərində 21 866 ton fındıq ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2021-ci il ilə müqayisədə dəyər ifadəsilə cüzi azalıb, miqdar ifadəsilə 12.4% artıb.

2021-ci ildə Azərbaycandan 111 milyon 788 min dollar dəyərində 19 459 ton fındıq ixrac edilmişdi.

2022-ci ilin ilk 11 ayında Azərbaycandan 97 milyon 485 min dollar dəyərində 18 991 ton fındıq ixrac edilib. Belə ki, təkcə dekabr ayında 13 milyon 158 min dollarlıq 2 875 ton fındıq ixrac edilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər