Ötən il məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 540-dək cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.