2019-cu ildə Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1,5 milyon nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 7,2% artıb. Hesabat ilində Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə birinci yeri tutub.
Gürcüstan ötən il, ümumilikdə, 9,4 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib. İllik müqayisədə bu göstəricidə 7,8% artım qeydə alınıb. Beynəlxalq səfərlərin 5,1 milyonu turist səfəri olub ki, bu da illik müqayisədə 6,8% çoxdur.
Qonşu ölkəyə səfər edənlərin böyük əksəriyyəti – 46,4%-i 31-50 yaş qrupuna daxil olub. Ziyarətçilərin 60,8%-ni kişilər, 39,2%-ni isə qadınlar təşkil edib.
Səfərlərin məqsədləri – tətil, istirahət (43,5%), dost və qohum ziyarəti (19%), tranzit (16,1%), iş (10,8%), alış-veriş (6,8%), müalicə (1,8%) və digər (2%) olub.
Ötən il Gürcüstanın paytaxtı Tbilisi (4,1 milyon nəfər) və Acarıstan MR (2,3 milyon nəfər) ən çox ziyarətçi qəbul edib.
©Report