7 C
Baku
Wednesday, February 5, 2025

Ötən il Gürcüstandan Azərbaycana 63 min dollar dəyərində bal ixrac edilib

2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.

Bu barədə ölkənin nüfuzlu iqtisadi nəşri “bm.ge”nin yaydığı məlumata qeyd edilib.

Məlumata görə, ümumilikdə 2024-cü ildə Gürcüstanın bal ixracı kəskin azalıb. Belə ki, il ərzində 33.8 ton bal ixrac edilib, bu da 2023-cü illə müqayisədə 64.41% dəyər, 69.4% isə həcm baxımından azalma deməkdir.

Bildirilib ki, Gürcüstanın bal ixracında Azərbaycan əsas bazar olaraq qalır.

“2024-cü ildə bal ixracının əsas bazarları arasında Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya yer alıb”, – məlumatda vurğulanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər