11 C
Baku
Thursday, November 14, 2024

Ötən il hansı şirkət daha çox kompüter satıb?

Ötən il “Apple” şirkəti kompüter bazarında ən uğurlu tədarükçülərin reytinqində beşinci yerə düşüb.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, 2016-cı ildə şirkət ümumi bazarın 7,1 faizinə sahib olub.

Mənbənin məlumatına görə, ötən il kompüter satışları 5,7 faiz azalıb. “Mac” nəslindən olan cihazların satışı isə xüsusilə 10 faiz bərbad olub. a1c38e90f4e769fd3c6070f1599290ca

Bu bazarda lider “Lenovo” şirkətidir və bazarın 21,3 faizinə sahibdir. Onun ardınca isə HP, “Dell” və “Asus” şirkətləri gəlir. Bu dörd şirkətin payına ümumi kompüter bazarının 65 faizdən çoxu düşür. Bir il ərzində daha böyük artımı “Dell” şirkəti nümayiş etdirib və bu artım 10 faiz təşkil edib.

Bazarın ümumi payının təxminən 28 faizini isə 200 istehsalçı öz aralarında bölüşdürür.

Son xəbərlər
Digər xəbərlər