9 C
Baku
Wednesday, January 22, 2025

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21% artıb

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 21 faiz artıb.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmin Tərfa Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçirilən 16-cı iclasında deyib.

O bildirib ki, əgər 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 480 milyon dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 580 milyon dollara yüksəlib.

Onun sözlərinə görə, iki qonşu dövlət arasında tranzit və nəqliyyat sahələrində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: “Ağbənddə İran ilə Azərbaycan arasında Araz çayı üzərində salınan yeni körpünün tikintisi son mərhələdədir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər